İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: İsrail və "Hizbullah" atəşkəs barədə RAZILIĞA GƏLDİ

596 19.06.2026 17:58 Ölkə A A

İsrail və "Hizbullah" hərəkatı atəşkəs barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin yüksək vəzifəli rəsmisi "Reuters" agentliyinə bildirib.

Məlumata görə, əldə olunmuş razılaşma bu gün saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) qüvvəyə minib.

Lakin qeyd olunan bu məlumat hələlik rəsmi tərəflər tərəfindən tam təsdiqlənməyib.

Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın "Bild" nəşri İranın Hörmüz boğazından gəmilərin keçidini məhdudlaşdırdığı barədə məlumat yayıb. Bu hadisədən sonra ABŞ prezidenti Donald Tramp bəyanat yayaraq, İranın heç bir pul almayacağını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR