İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Haniyə sui-qəsdindən sonra İsraildən ŞOK QƏRAR -24 saat ərzində...

1848 31.07.2024 10:00 Son xəbər A A

Beyrut və Tehrandakı hücumlardan sonra bölgədə yaranan gərginliyə görə İsrail rəhbərliyi ölkənin şimalını uçuşlara bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

İsrail mətbuatında yer alan xəbərdə bildirilir ki, ölkənin şimalındakı hava sahəsi Hadera şəhərindən başlayaraq uçuşlara bağlanıb.

Məlumata görə, uçuş qadağası 24 saat ərzində həyata keçiriləcək və bölgədəki quru yollarda isə heç bir məhdudiyyət olmayacaq.

Qeyd edək ki, İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda "Hizbullah" komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.

Bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə isə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.

İqbal,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR