İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Dnepr də bombardman olunur, Zelenskinin “B” planı nədir? - CANLI

704 05.07.2022 15:08 Gündəm A A

İyulun 5-də Rusiya Dnepropetrovsk vilayətini atəşə tutub. bu barədə telegram-kanalda vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat paylaşıb.

"Səhər saatlarında vilayətə raket hücumu oldu. "Qonşu"muz bizə "dostcasına" 7 raket göndərdi! Hərbçilərimiz onlardan 6-nı Dnepr və Sinelnikovski rayonu üzərində vurdular", - məlumatda belə deyilir. Dnepr şəhərində düşmüş raketin parçaları yanğına səbəb olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Zərər çəkən yoxdur. "Pokrov şəhərində raket zərbəsi özəl sektora dəyib. Bir neçə ev dağılıb, daha bir neçəsinin şüşələri sınıb.

Partlayış yanğına səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və polisin nümayəndələri hadisə yerində işləyir. İlkin məlumata görə, itki yoxdur”, - deyə Rezniçenko bildirib.

Bu gün İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı beynəlxalq konfrans keçirilib. Bunu Ukraynanın Baş naziri Denis Şmiqal tviter səhifəsində yazıb. O bildirib ki, toplantıda Ukraynanın bərpası planı təsdiqlənib: “Dövlət və hökumət başçıları, nazirlər və yüksək səviyyəli nümayəndələr Ukraynanı ölkə tam bərpa olunanadək dəstəkləməyə söz verdilər. Ukrayna tərəfdaşlarla birlikdə yenidən qurulacaq. Bu barədə konfransın yekun bəyannaməsində yazılıb. Konfransda bərpa planının əsas prinsipləri də təsdiq edilib. Dəstəklərinə görə tərəfdaşlara təşəkkür edirik!”, - hökumət başçısı vurğulayıb.

TVMusavat-ın canlı yayınında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə bu və digər mövzuları müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR