İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi sürücülərinin NƏZƏRİNƏ: Yeni qaydalar gəlir

1876 08.06.2023 16:21 Son xəbər A A

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyənləşəcək.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisə "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında" qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər layihəsi daxil olub.

Dəyişiklik layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacaq.

Qanunlara və Məcəlləyə dəyişikliklərlə taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyən ediləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR