Dünyaca məşhur amerikalı jurnalist və siyasi şərhçi Taker Karlson ABŞ-ın Yaxın Şərqdə apardığı siyasəti, İranla hərbi qarşıdurmanı və Ağ Evin regional uğursuzluqlarını hədəf alan sensasion, sarsıdıcı bəyanatlarla çıxış edib.
Musavat.com xəbər verir ki, jurnalist öz müəllif proqramında Vaşinqtonun hərbi qüdrətinin mifdən ibarət olduğunu və ABŞ dövlətinin əslində kənardan idarə edildiyini iddia edərək beynəlxalq mediada bomba effekti yaradan ifşalar yayıb.
Karlson Hörmüz boğazındakı dəniz blokadasını nümunə gətirərək ABŞ ordusunun acizliyini tənqid atəşinə tutub: "İranla aparılan bu müharibə Amerika hərbi qüdrətinin real sərhədlərini və limitlərini bütün çılpaqlığı ilə dünyaya göstərdi. Masada nəhəng hərbi qüvvələrin, inşası bütövlükdə 120 milyard dollara başa gələn nəhəng aviadaşıyıcı gəmilərin olmasına rəğmən, Amerika ordusu aylardır bu boğazı qlobal gəmiçilik və dünya miqyasında mal tədarükü üçün yenidən açmağı bacarmadı. Üstəlik, bunu gələcəkdə bacara biləcəyimizə dair əlimizdə heç bir zəmanət də yoxdur. Beləliklə, biz ilk növbədə Amerika hərbi gücünün əslində hər şeyə qadir olmadığını anladıq. Sadəcə olaraq, bizim fiziki olaraq etməyə gücümüzün çatmadığı şeylər var".
Jurnalist ABŞ Prezidenti Donald Trampın regional "sülh sazişi" bəyanatlarını da kəskin istehza ilə qarşılayıb və Ağ Evin diplomatik bacarıqsızlığını ifşa edib: "Əgər siz dünyaya düz 38 dəfə böyük bir sövdələşmə və saziş elan edirsinizsə, lakin bu saziş hələ də real həyatda reallaşmırsa, deməli, siz sadəcə olaraq sövdələşmə qurmağı, müqavilə bağlamağı bacarmırsınız".
Taker Karlson bəyanatının sonunda ABŞ daxili siyasətinin ən böyük pərdəarxası sirrini açaraq Vaşinqtondakı oyuncaq idarəetmə sistemini hədəf alıb:
"İrandakı bu müharibə həm də onu sübut etdi ki, qlobal və mühüm strateji məsələlərin həllində sizin seçdiyiniz, səs verdiyiniz insanlar əslində heç bir aparıcı rol oynamırlar. Əsas qərarları tamam başqa kənar şəxslər qəbul edir. Bu konkret hadisədə isə hər şeyi təkbaşına həll edən, qərar verən şəxs İsrailin Baş naziri Benjamin Netanyahudur".
Musavat.com






