İnsanlara hürriyət, millətlərə istiqlal!

Taker Karlson: “Ukrayna Rusiya ordusunu Donbasdan çıxara bilməyəcək”

1189 13.02.2024 11:25 Dünya A A

“Ukrayna hətta Qərb dövlətlərinin köməyi ilə belə münaqişədə üstünlük əldə edə bilməyəcək”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri bazar ertəsi amerikalı jurnalist Taker Karlson deyib.

“Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək, Ukrayna ordusu Qərbin yüz milyardlarla dollar dəstəyi olsa belə, Rusiya ordusunu Şərqi Ukraynanın regionlarından sıxışdırıb çıxara bilməyəcək. Ukraynanın heç bir sənaye potensialı yoxdur, necə ki, nə NATO, nə də ABŞ-da yoxdur”, - deyə o bildirib. Müvafiq videomaterial jurnalistin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“Ukraynanın əhalisi yoxdur, Rusiyanın əhalisi Ukraynankından 100 milyon nəfər çoxdur. Bu o deməkdir ki, Ukrayna ordusuna Qərbdən gələcək dəstək yalnız daha çox ukraynalının ölməsi və ABŞ-da, xüsusən də Almaniyada Qərb iqtisadiyyatının daha da deqradasiyası deməkdir”, - o əlavə edib.

Qeyd edək ki, Taker Karlson son günlər Rusiya prezidenti Vladimir Putinin mürtəce mülahizələrini tirajlamaqda, Putinə rəğbətlə yanaşmaqda qınanılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR