İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Əmiraslanov kitablarını yandırdı: “Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?” - VİDEO

1215 06.07.2022 23:05 Gündəm A A

Tahir Əmiraslanov milli kulinariyaya aid kitabları töküb, yandırdı... - Video

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərlə yığdığı, milli kulinariyaya aid kitabları yandırıb.

Musavat.com bildirir ki, bu barədə Tahir Əmiraslanovun özü sosial şəbəkədə məlumat yayıb. Kitabları bir yerə töküb, yandıran kulinariyaçı məsələyə bu cür aydınlıq gətirib:

"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır .


Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?"

Xatırladaq ki, Tahir Əmiraslanov bir müddət bundan əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Onun əvəzinə Orxan Fikrətoğlu təyin edilib.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR