İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada keçirilən Beynəlxalq Media Forumundan GÖRÜNTÜLƏR - VİDEO

925 24.07.2022 14:24 Gündəm A A

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Azərbaycan mətbuatında Şuşa izi” adlı üçüncü panel keçirilib.

Musavat.com xəbər verir ki, paneldə Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, həmçinin Şuşanın qələm sahibi və qəzeti ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatı, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılovanın moderatorluğu ilə keçirilən üçüncü paneldə İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhy Abdulhamid Obada, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni Musavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və “Azad Şuşa” saytının baş redaktoru, işğaldan əvvəl “Şuşa” qəzetinin baş redaktoru olmuş Kərim Kərimli çıxış ediblər.

İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci panel keçirilib.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu altında keçirilən ikinci paneldə çıxış edənlər Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Giboi, “Real” Təhlil İnfomasiya Mərkəzinin Baş direktoru Mirşahin Ağayev, “Anadolu” agentliyinin Baş direktorun müavini, baş redaktor Yusuf Özhan, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub.

Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın BTA İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, “Haqqin.az” analitik veb-saytının rəhbəri Eynulla Fətullayev və başqaları olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR