İnsanlara hürriyət, millətlərə istiqlal!

Sünnilərə qarşı çıxan, şiələrə həbib olmayan əl-Həbibi – Küveytli asi

3028 04.08.2022 23:24 Gündəm A A

Bu gün Azərbaycanın Londondakı səfirliyinə hücum edən “Mehdinin qulluqçuları” təşkilatının lideri Şeyx Yasir əl-Həbib 1979-cu ilin 20 yanvarında Küveytdə anadan olub.

Musavat.com xəbər verir ki, o, antisünni baxışlara malik şiə üləması və Londonda fəaliyyət göstərən “Xoddam əl-Mehdi” təşkilatının rəhbəri, həmçinin Fulmerdə, Bakinhempşirdə “əl-Mühasin” məscidlərinin başçısıdır. Əl-Həbibinin yazdığı əsərlər həm şiə, həm də sünni mənbələrinə əsaslanır və İslam tarixinə aiddir.

O, öz dini fəaliyyətini Küveytdə, “Dava” partiyasının üzvü kimi başlayıb, daha sonra “Xoddam əl-Mehdi” adlı dini təşkilat yaradıb. Əl-Həbibi İslam peyğəmbərinin əshabələri olan Əbubəkr və Ömərə qarşı kəskin tənqidi görüşlər irəli sürür. Şeyxin bu tənqidi fikirləri Küveydə sünni məshəbinə etiqad edənlərdə kəskin hiddət doğurub və onun həbsinə səbəb olub.

2004-cü ildə illik əfvetmə kampaniyasında Küveyt əmiri tərəfindən əfv edilərək azadlığa buraxılan əl-Həbibini bir neçə gündən sonra yenidən həbs etmək istəyiblər, ancaq o, qiyabi olaraq 10 illik həbsə məhkum edilməzdən az öncə Küveytdən qaçıb, bir neçə ay İraqda və İranda gizlənib, daha sonra Birləşmiş Krallığa yerləşib və hazırda da orada yaşayır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR