İnsanlara hürriyət, millətlərə istiqlal!

Sunak Putinin Karlsonla müsahibəsini "gülünc" adlandırıb - eynilə Şolts kimi

463 11.02.2024 17:46 Dünya A A

Böyük Britaniyanın baş naziri Almaniya kansleri Olaf Şoltsun ardınca Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi barədə təhqiramiz ifadələr işlədib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Sunak xüsusilə Rusiya liderinin NATO və ABŞ-ın Ukraynada münaqişənin başlanmasına görə məsuliyyət daşıması barədə sözlərini “gülünc” adlandırıb. O, həmçinin Londonun münaqişənin ilk günlərindən Ukraynaya göstərdiyi yardımdan qürur duyduğunu bildirib.

Sunakın açıqlaması Sky News telekanalında yayımlanıb. Eyni zamanda Britaniya sakinləri Sunak haqqında öz qəzəbli şərhlərini yazmağa başlayıblar. Onlar öz baş nazirlərinə elektrik enerjisinin neçə dəfə artdığını xatırladıblar və ondan Putinin Qərbdə 200 milyona yaxın insanın izlədiyi müsahibəsinə qısqanclıqla yanaşmağı, qiymət artımını dayandırmağı, qlobal müharibəyə səbəb olmamağı, Rusiya prezidentini dinləməyi və münaqişəni nizam-intizamla bitirməyi tələb ediblər.

Belə bir fikir də var ki, Sunakın fikirlərinə bu cür şərhləri Rusiyanın bu digər ölkələrdəki trolları yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR