İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülhə heç vaxt olmadığı qədər yaxınıq, amma Rusiyanın hazır olub-olmadığı sual altındadır”

645 02.01.2026 23:42 Dünya A A

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynadakı müharibə ilə bağlı açıqlamasında bildirib ki, hazırkı mərhələdə sülhə indiyə qədər olmadığı qədər yaxınlaşılsa da, Rusiyanın buna real hazır olub-olmaması hələ də qeyri-müəyyəndir.

Musavat.com xəbər verir ki, Stubb çıxışında sülh prosesinin qaçılmaz kompromislər tələb etdiyini vurğulayıb: “Sülh əksər hallarda kompromislər tələb edir və biz buna hazır olmalıyıq. Ola bilər ki, gələcək sülh razılaşmasının bütün bəndləri bizim ədalət anlayışımıza tam uyğun gəlməsin. Buna baxmayaraq, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün əlimizdən gələni edəcəyik”, – deyə Finlandiya lideri qeyd edib.

Stubb Avropa ölkələrinin Rusiya ilə gələcək münasibətlərinə də toxunaraq bildirib ki, bu münasibətlər artıq köklü şəkildə dəyişib: “Rusiya ilə münasibətlərimiz birdəfəlik dəyişib. Amma dəyişməyən bir həqiqət var – Rusiya bizim qonşumuzdur. Finlandiyanın və bütövlükdə Avropanın məqsədi Rusiya ilə funksional və dinc münasibətlər qurmaqdır. Sonda hər şey Rusiyanın atacağı addımlardan asılı olacaq”, – deyə o əlavə edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR