İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK HADİSƏ: Həbsxanaya narkotik keçirmək üçün azyaşlıdan istifadə etməyə çalışdı

867 11.03.2024 19:47 Kriminal A A

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat Aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlı qızın əşyalarına və üzərlərinə baxış keçirilən zaman azyaşlının şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR