İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda jurnalist qadın ölümə məhkum edilib

333 26.07.2024 11:02 Dünya A A

İran İslam İnqilab Məhkəməsi kürd əsilli jurnalist və siyasi fəal Pəhşan Əzizini ölüm cəzasına məhkum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qadın üsyan və hökumətə qarşı silahlı üsyan qaldıran qruplara üzv olmaqda təqsirli bilinib. O, həmçinin “Kürdüstana azad həyat partiyası”nda iştirak etdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, Pəhşan Əzizi telefon danışıqları və ailəsinə baş çəkmək hüququndan məhrum edilib. Bir gün əvvəl qadın təşkilata açıq məktub göndərib və orada çoxsaylı işgəncələrə və təqiblərə məruz qaldığını bildirib.

İş üzrə dinləmələr may və iyun aylarında keçirilib, lakin iranlı vəkilə bu barədə yalnız iyulun 24-də məlumat verilib.

“Evin” həbsxanasının qadın bölməsindəki məhbuslar Əzizinin ölüm hökmünə etiraz olaraq təcridxananın həyətində aksiyaya başlayıblar. Onlar kameralara qayıtmayacaqlarını açıqlayıblar.

Pəhşan Əzizi 2023-cü il avqustun 4-də İran kəşfiyyatı tərəfindən həbs edilib. Həmin ilin dekabrında o, məhkəməsiz “Evin” həbsxanasının 209-cu palatasından həmin həbsxananın qadınlar palatasına köçürülüb.

Pəhşan Əzizi insan haqları fəaliyyəti ilə məşğul olub və Kürdüstan bölgəsində qadın hüquqlarının vəziyyətinin yaxşılaşdırılması üçün mübarizə aparıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR