İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa bulağına görə 5 milyon avro istəyən erməni: istirahət kompleksindən detallı görüntülər - VİDEO

1584 26.07.2024 10:17 Reportaj A A

Azərbaycanın media kapitanları Şuşada keçirilmiş II Qlobal Media Forumu çərçivəsində İsa bulağını ziyarət ediblər.

Musavat.com xəbər verir ki, iştirakçı-ziyarətçilər arasında "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu da olub.

R. Arifoğlu İsa bulağı ərazisindən canlı yayım formatında detallı videoreportaj hazırlayaraq sosial mediada paylaşıb.

Musavat.com maraqlı məqamları, önəmli detalları və məşhur media mənsublarının şərhlərinin əhəmiyyətini nəzərə alaraq həmin reportajı oxucularına təqdim edir.

Görüntülərdə başlığa çıxardığımız bir məqamla da rastlaşacaqsınız. Bəlli olur ki, erməni milyarderlərdən biri özünün iddiasına görə, Şuşada yerləşən "İsa bulağı" ailəvi istirahət kompleksinə 5 milyon avro xərcləyib və Azərbaycan Şuşa şəhərini işğaldan azad edəndə biznesmen həmin məbləği geri tələb edib. Videoda bu həyasız iddialarla bağlı şərhlər də yer alıb.

Daha ətraflı:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR