İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml DƏHŞƏTLİ XƏBƏRİ ruslara çatdırdı: “Şahid”lərlə ÖLÜMCÜL hücumlar BAŞLADI – hərbi ekspertlə CANLI

787 26.07.2024 11:27 Son xəbər A A

Rusiyada doğum səviyyəsi "dəhşətli aşağı" səviyyədədir və bu, millətin gələcəyi üçün fəlakətlidir.

Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml nümayəndəsi qeyd edib ki, Rusiyada mövcud orta göstərici Avropa ölkələrindəki doğum səviyyəsi ilə müqayisə oluna bilər, lakin bu, millətin gələcəyi üçün kifayət deyil.

“Biz dünyanın ən böyük ölkəsində yaşayırıq. Amma biz hər il azalırıq. Bunun öhdəsindən ancaq orta doğum səviyyəsini artırmaqla nail olmaq olar”, - Peskov deyib.

Rusiya ordusu 22 “Şahid” PUA-sı ilə Ukrayna ərazisinə hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Xerson, Sum, Jitomir və Çerniqov vilayətlərində Rusiyaya məxsus 20 PUA-nı məhv edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR