İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçə söhbəti barədə SON DƏFƏ! - Mir Şahinin YAZISI

870 26.07.2024 11:09 Yazarlar A A

Real TV-nin baş direktoru, Əməkdar jurnalist Mir Şahin Ağayev Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş vermiş məlum insidentə növbəti dəfə münasibət bildirib.

Musavat.com mövzunun əhəmiyyətini və yazıdakı məqamların aktuallığını nəzərə alaraq oxucularına təqdim edir:

“Balta” söhbətinə son dəfə qayıdıram: Qaragüruh zehniyyətini və ondan istifadə edən ciddi insanların populizm azarını yaxşı anlayıram. Amma yenə də öz fikrimdə qalıram ki, mövzu sosial şəbəkələrdə bu qədər müzakirə olunmamalı, məşhur bir sənət adamının (dolayısı ilə Azərbaycan mədəniyyətinin) ətrafında belə bir gözdənsalma aksiyası təşkil edilməməlidir. İlk reaksiyamda da müraciətim bu olub:

- O videonu yaymayın!

…Mühafizəçiyə gəlincə, hadisə anında o peşəkar olmadığını, ona tapşırılan vəzifəyə qətiyyən uyğun gəlmədiyini göstərib. Soyuqqanlı şəkildə, təhlükəsiz hala gətirməli olduğu şəxsi səlahiyyətindən sui-istifdə edərək sadəcə DÖYÜB! Köməksiz vəziyyətə düşürdüyü yaşlı adamı TƏPİYİNİN ALTINA SALIB! Nəzərə alaq ki, Ağadadaş müəllim mühafizəçiyə yaxınlaşanda əlində balta da artıq yox idi. Silahsız şəxslə elə qəddar rəftar etmək olmazdı. Bu akt insanlıqdan uzaqdır.

Bəs necə etmək lazım idi? Bax bu artıq peşəkarlıq məsələsidir. Ən müxtəlif hallar üçün müxtəlif üsullar var. Hətta onu da nəzərə alaq ki, bəzi mənbələr müğənninin hadisəni içkili halda törətdiyini bildirir. Bu belədirsə, deməli o əmələ qanunun münasibəti də fərqli olmalıdır. Bəzilərinin müğənniyə “44 günlük müharibədə xalqın yanında oldumu?”, “Şəhid ailəsinə nə köməyi dəydi?” “Hansı qazinin toyunda pulsuz oxudu?” mövzularında irad və ittihamları isə, məncə gündəliyə ümumiyyətlə gətirilməməlidir. Belə çıxır ki, Ağadadaş Ağayev kimi başqa müğənniləri də hər yerdə “mühafizəçilər qazi toyunda pulsuz oxumamısınız! və s. “ deyə döyməlidir?! Məntiq yoxdur axı. Müğənni də, başqaları kimi öz xidmətinə görə zəhmət haqqı alır. Pulsuz oxumaq, oxumamaq onun hüququdur, seçimidir, borcu deyil. Ona görə də gəlin məsələləri qarışdırmayaq. Mühafizəçi vətəndaşla amansız rəftar etməməli idi və etməməlidir, bu bir! Hadisə sosial şəbəkələrin çox aşağı zövqü nəzərə alınaraq belə qabardılmamalı idi və qabardılmamalıdır, bu iki! Nəhayət, Ağadadaş Ağayevlə bağlı məsələnin fonunda beynəxalq əhəmiyyətli Şuşa Forumu sanki qəsdən unutdurulmamalı idi və unutdurulmamalıdır - bu da üç!

İnanın mənə ki, heç vaxt qərarımı “xalqın sevimlisi olmaq” məqsədilə vermirəm və bu saat da məni kiminsə xoşuna gəlmək yox, xalqımızın kənardan necə göründüyü, mədəniyyətimizin vitrinə niyə belə bərbad çıxarılması, bu tendensiyaya həvəslə qoşulanların Azərbaycana bu qədər kin bəsləmələrinin səbəbləri maraqlandırır. Mən belə hesab edirəm ki, bu saat mediamız hamılıqla o primitivlikdən Şuşa Forumuna, burdan irəli gələn nəhəng çağırışlara qayıtmalıdır. Dünya mediasını Ağadadaş müəllimin başına gələnlərdən dəfələrlə böyük suallar maraqlandırır. Uğurlar!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR