İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! Generallar Putini ALDATDI, müharibə ŞİDDƏTLİ FAZAYA keçdi, nazirlər Zelenskiyə HÜCUM ETDİ

812 30.12.2025 11:18 Gündəm A A

Rusiya Silahlı Qüvvələrinin generalları Ukraynadakı vəziyyətlə bağlı Vladimir Putinə müstəqil mənbələr tərəfindən təsdiqlənməyən “uğurlar” barədə hesabat veriblər.
Musavat.com xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb.

Bildirilir ki, açıqlanan bəyanatların təhlili nəticələrin sistematik şəkildə şişirdildiyini göstərir.

Belə ki, Baş Qərargah rəisi Valeri Gerasimov dekabr ayında 700 kvadrat kilometrdən çox, il ərzində isə ümumilikdə 6,64 min kvadrat kilometr ərazinin ələ keçirildiyini iddia edib. Lakin “DeepState” və ISW məlumatlarına görə, dekabrda nəzarətə götürülən ərazi təxminən 380 kvadrat kilometr olub, il üzrə isə bu rəqəm 4,3-4,7 min kvadrat kilometr arasında dəyişir. Həmçinin dekabr ayı rekord göstəricilərlə yadda qalmayıb.

Sərhədyanı bölgələrdə - Sumı və Xarkov vilayətlərində Rusiya hərbçiləri 940 kvadrat kilometr əraziyə nəzarət etdiklərini bildiriblər. Reallıqda isə bu göstərici təxminən 550 kvadrat kilometr təşkil edir.

Xarkov vilayətinin Kupyansk şəhəri ilə bağlı Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin mühasirəyə alındığını iddia edib. Lakin nə OSINT layihələri, nə də rusiyayönlü hərbi blogerlər bunu təsdiqləyir. ISW və “DeepState” xəritələrinə görə, şəhərin böyük hissəsi Ukrayna ordusunun nəzarətindədir, bir hissə isə “boz zona” sayılır.
Donetsk vilayətinin Konstantinovka şəhərində Rusiya ordusunun şəhərin 45 faizinə nəzarət etdiyi bildirilsə də, ISW yalnız kiçik bir sahəni təsdiqləyir, “DeepState” isə şəhərin şimal-şərqində “boz zona” göstərir.

Zaporojye istiqamətində isə Stepnoqorsk və Lukyanovskinin ələ keçirildiyi, həmçinin Zaporojyeyə doğru irəliləyiş olduğu iddia olunub. Faktiki olaraq isə yalnız Primorsk rayonu istiqamətində “boz zonanın” genişləndirilməsi təsdiqlənir, yaşayış məntəqələrinin tam nəzarətə götürülməsi barədə sübut yoxdur.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR