2026-cı il dünya çempionatının D qrupunda keçirilən Avstraliya - Türkiyə qarşılaşmasında hesab açılıb.
Musavat.com xəbər verir ki, oyunun 27-ci dəqiqəsində Avstraliya millisinin gənc hücumçusu Nestory İrankunda fərqlənərək komandasını hesabda önə keçirib.
Beləliklə, dünya çempionatına 24 illik fasilədən sonra qayıdan Türkiyə millisi gözlənilmədən ilk zərbəni alan tərəf olub.
Hakan Çalhanoğlu, Arda Güler və Orkun Kökçü kimi ulduzlara malik ay-ulduzluların oyuna nəzarət edəcəyi gözlənilsə də, Avstraliya sürətli əks-hücumla rəqibini yaxalamağı bacarıb.
"Bayern Münhen" akademiyasının yetirməsi olan və Avstraliya futbolunun ən böyük istedadlarından sayılan İrankunda mundial səhnəsində adını tarixə yazdıraraq komandasını önə çıxarıb. Qarşılaşma hazırda davam edir.
Cavanşir Abbaslı,
Musavat.com






