İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddən 1400 km uzaqda alov: Rusiya zavodlarına PUA hücumu

1535 29.04.2026 10:28 Dünya A A

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiya daxilində rekord məsafə qət edərək strateji sənaye obyektlərinə zərbələr endirib.

Musavat.com xəbər verir ki, Perm diyarının qubernatoru bölgədəki sənaye meydançalarından birinin PUA hücumuna məruz qaldığını və nəticədə güclü yanğın başladığını rəsmən təsdiqləyib. Paralel olaraq, Orenburq vilayətinin Orsk şəhərində yerləşən yerli neft emalı zavodunun da (NEZ) zərbəyə tuş gəldiyi barədə məlumatlar yayılıb.

Diqqətçəkən məqam odur ki, hücuma məruz qalan bu ərazilərlə Ukrayna sərhədi arasında 1400 kilometrdən çox məsafə var. Bu hadisə Ukrayna ordusunun uzaqmənzilli zərbə imkanlarının əhəmiyyətli dərəcədə artdığını və Rusiya infrastrukturunun dərinliklərinin artıq müdafiəsiz qaldığını göstərir.

Yanğınların söndürülməsi üçün əraziyə çox sayda texnika və canlı qüvvə cəlb olunub, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. Yerli sakinlər partlayış səslərindən sonra göyə yüksələn qara tüstü dumanlarını sosial şəbəkələrdə paylaşıblar.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR