İnsanlara hürriyət, millətlərə istiqlal!

Paul Ronzheimer: Putin çıxılmaz vəziyyətdədir - ŞOK SƏBƏB

787 14.07.2026 18:20 Dünya A A

Ukrayna ordusunun Rusiya tərəfindən şəhərlərə atılan ballistik raketləri zərərsizləşdirmək üçün kifayət qədər Patriot hava hücumundan müdafiə sistemi yoxdur.

Bu barədə hərbi müxbir Paul Ronzheimer Bild qəzetində dərc olunan məqaləsində yazıb.

Məqalədə bildirilir ki, son günlər buraxılan ballistik raketlərin demək olar ki, hamısı hədəfə çatıb. Nəticədə Kiyev və ölkənin digər şəhərlərində onlarla mülki şəxs həlak olub.

Kiyev meri Vitali Kliçko bildirib ki, müharibənin əvvəlindən bəri şəhər belə intensiv ballistik raket hücumları ilə üzləşməyib.

Paul Ronzheimer hesab edir ki, bu hücumlar Ukrayna üçün ağır nəticələr doğursa da, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin çıxılmaz vəziyyətdə olduğunu göstərir.

Məqalədə qeyd olunur ki, şərq cəbhəsində Rusiya ordusu ciddi irəliləyiş əldə edə bilmir. Eyni zamanda Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiya ərazisində yerləşən hədəflərə zərbələri artırır.

Müəllifin fikrincə, raket hücumları hazırda Kremlin əlində qalan əsas təzyiq vasitələrindən biridir.

Ekspertlər isə hesab edirlər ki, Putin yaxın vaxtlarda ciddi sülh danışıqlarına getmək əvəzinə, münaqişəni daha da gərginləşdirməyə çalışacaq.

Nəşrin həmsöhbəti olan ukraynalı rəsmi bildirib ki, ölkə vətəndaşları cəbhədə Rusiya ordusunun qarşısının alınması və Rusiyanın yanacaq obyektlərinə endirilən zərbələrin bədəlini mülki infrastruktura raket hücumları və mülki itkilərlə ödəyəcəklərini anlayırlar.

Onun sözlərinə görə, Rusiya payız və qış aylarında milyonlarla insanı elektrik enerjisi və istilikdən məhrum etməyə çalışacaq.

Hərbi ekspert Klaudiya Mayor da vəziyyətin dəyişdiyini bildirib. O, qeyd edib ki, Ukraynanın Rusiyanın dərin arxa cəbhəsinə uzaqmənzilli zərbələr endirməsi müharibənin gedişində mühüm dönüş yaradıb və Kremlin müharibənin təsirlərini gizlətməsini çətinləşdirib.

Mayor əlavə edib ki, Rusiyanın bir sıra bölgələrində yanacaq qıtlığı müşahidə olunur və ilk dəfə olaraq zamanın Ukraynanın xeyrinə işlədiyi təəssüratı yaranır.

Ekspertin fikrincə, əsas sual Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ lideri Donald Trampı Ukraynanın hazırda daha əlverişli mövqedə olduğuna inandıra bilib-bilməyəcəyi ilə bağlıdır./KONKRET.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR