İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist avtobusda təhlükəli anlar yaşadı

642 14.07.2026 16:22 Hadisə A A

Əməkdar artist Elman Rəfiyev ictimai nəqliyyatda yaşadığı təhlükəli hadisə ilə bağlı paylaşım edib.

Musavat.com bildirir ki, aktyor hadisənin ötən gün 85 nömrəli marşrut avtobusunda baş verdiyini deyib:

"Dünən sınan şüşənin altında əyləşmişdim. 67 saylı avtobusun qarşısında dayanaraq sərnişin düşürən bizim avtobus yenə də insanların həyatını təhlükəyə atdı. Bu yaxınlarda dayanacaqdan bir qədər aralı saxlayan avtobusdan düşən yaşlı bir xanım dayanacağa sürətlə daxil olan avtobusun altında qalaraq həyatını itirmişdi. Demək olar ki, eyni vəziyyət burada da yaşandı”.

Onun sözlərinə görə, iki avtobusun arasında hərəkət zamanı onlardan birinin gözlənilmədən irəli sürməsi nəticəsində həmin avtobusun yan güzgüsü əyləşdiyi avtobusun arxa yan şüşəsinə dəyərək onu sındırıb: “Şüşə cilik-cilik oldu və mənim, eləcə də yanımda oturan sərnişinlərin başına və üstünə töküldü. Yaxşı ki, başımda şlyapa var idi. Yoxsa nəticə daha ağır ola bilərdi".

Elman Rəfiyev məsul şəxslərə çağırış edərək sürücülərin peşəkarlığına daha ciddi nəzarət olunmasının vacibliyini vurğulayıb. "Bu sürücüləri haradan tapırlar? Niyə sərnişinlərin həyatını təhlükəyə atırlar? Belə hallarda zərərçəkənlərə mütləq təzminat ödənilməlidir", - deyə aktyor bildirib.

Xalidə
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR