İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyi könüllü qanvermə aksiyası ilə bağlı məlumat YAYDI YENİLƏNİB

929 25.06.2026 14:13 Dünya A A

Saat 14:00-a olan məlumata görə, qan verən donorların sayı 2534 nəfərə çatıb. Toplanmış qanın həcmi isə 1140.3 litr təşkil edib.

***

Aşura Günü çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında vətəndaşların fəallığı günün növbəti saatlarında daha da artıb.

Saat 12:00-a olan məlumata görə, qan verən donorların sayı 1701 nəfərə çatıb. Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

 

***

Aşura Günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunan aksiyanın əsas məqsədi qana ehtiyacı olan xəstələrin müalicəsi üçün qan ehtiyatının artırılmasına dəstək verməkdir.

25 iyun 2026-cı il tarixində səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən qanvermə məntəqələrində vətəndaşlar aksiyaya böyük maraq göstərirlər.
Saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib. Nəticədə ümumilikdə 225.45 litr qan toplanıb.

Bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.

Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR