İnsanlara hürriyət, millətlərə istiqlal!

Savaşın 718-ci günü- Ukraynada bir gecədə bunlar baş verdi FOTO

669 11.02.2024 11:47 Dünya A A

Ukraynada kamikadzelərin gecə həyata keçirdiyi hücumlar nəticəsində bir çox şəhərlərdə yanğın başlayıb. 

Musavat.com bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

Kiyev vilayətində dağıntılar nəticəsində müəssisələrdən birində yanğın baş verib. Anbarlara, texniki xidmət stansiyasına, anqara, müəssisənin inzibati binasına, minik avtomobilinə və yük maşınına da ziyan dəyib. Ölən və xəsarət alan yoxdur.

Dnepropetrovsk vilayətində də partlayış nəticəsində yanğın baş verib, 39 yaşlı kişi xəsarət alıb. Vəziyyəti qənaətbəxşdir və müalicəsini evdə davam etdirəcək.

Nikolayev vilayətində infrastruktur obyektinə ziyan dəyib və yanğın başlayıb. Partlayış dalğası ətrafdakı yaşayış binalarına, şəxsi avtomobillərə və qaz xəttinə ziyan vurub. Bu hadisə nəticəsində də bir nəfər ağır yaralanıb. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR