İnsanlara hürriyət, millətlərə istiqlal!

Samirə Əfəndi dünyanın ən nüfuzlu festivalında - Video

443 27.07.2026 11:32 Şou-biznes A A

Samirə Əfəndi Baltikyanın ən nüfuzlu musiqi tədbirlərindən biri — Yurmalada keçirilən, əfsanəvi latviyalı müğənni Laima Vaikulenin təşkil etdiyi “Laima Rendezvous” festivalında çıxış edib.

Musavat.com xəbər verir ki, sənətçinin çıxışı 125 ildən artıq tarixə malik əfsanəvi Dzintari konsert zalının səhnəsində baş tutub. Fəaliyyət göstərdiyi illər ərzində bu səhnə bir çox tanınmış sənətçiləri qəbul edib və Latviyanın ən mühüm mədəniyyət məkanlarından birinə çevrilib.

“Laima Rendezvous”a dəvət olunmaq mənim üçün böyük şərəfdir. Bu, inanılmaz atmosferi, gözəl Yurmalası və möhtəşəm Dzintari səhnəsi ilə xüsusi bir məkandır. Belə bir festivalın bir hissəsi olmaqdan və bu axşamı istedadlı sənətçilərlə bölüşməkdən çox xoşbəxtəm”, — deyə Samirə Əfəndi bildirib.

Azərbaycanı “Eurovision-2021” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi beynəlxalq səhnədə musiqi fəaliyyətini uğurla davam etdirir və Azərbaycan musiqisini geniş auditoriyaya təqdim edir.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR