İnsanlara hürriyət, millətlərə istiqlal!

Çölün ortasında xəzinə tapdılar - Tonlarla qızıl...

812 27.07.2026 11:55 Dünya A A

Namibiyanın cənubundakı almaz mədənində aparılan qazıntılar zamanı dünyanın ən mühüm arxeoloji kəşflərindən biri üzə çıxıb. Tədqiqatçılar qum qatlarının altında təxminən 500 il əvvəl batan Portuqaliya ticarət gəmisinin qalıqlarını aşkar ediblər. Gəmidən 17 ton mis külçəsi, minlərlə qızıl sikkə və digər qiymətli əşyalar tapılıb.

Musavat.com xəbər verir ki, kəşf ilk dəfə 2008-ci ildə Namibiyanın Sperrgebiet bölgəsində almaz hasilatı zamanı qeydə alınıb. İşçilər qum qatlarının altında mis külçələrinə rast gəldikdən sonra əraziyə arxeoloqlar cəlb olunub.

Aparılan araşdırmalar nəticəsində batığın 1533-cü ildə Portuqaliyadan Hindistana yola düşən və güclü fırtına zamanı qəzaya uğrayan Bom Jesus adlı ticarət gəmisinə aid olduğu müəyyən edilib.

Qazıntılar zamanı gəmidən təxminən 17 ton ağırlığında 1 845 mis külçəsi, 2 mindən çox qızıl sikkə, həmçinin 105 fil dişi, odlu silahlar, gəmi avadanlıqları və digər qiymətli artefaktlar çıxarılıb.

Mütəxəssislərin fikrincə, gəminin daşıdığı ağır mis yükü onun dalğalarla sürüklənməsinin qarşısını alıb və qum altında demək olar ki, bütöv şəkildə qorunmasına şərait yaradıb. Bu səbəbdən batıq "zaman kapsulu" kimi qiymətləndirilir.

Araşdırma zamanı gəminin göyərtəsində və ya ətrafında ekipaj üzvlərinə aid insan qalıqları aşkar edilməyib. Alimlər hesab edirlər ki, gəmi Namibiya sahillərində qayalara çırpıldıqdan sonra qısa müddətdə qum altında qalıb.

Kəşfdən sonra Portuqaliya hökuməti batıq və tapılan artefaktlar üzərində hüquqlarından imtina edib və onların mülkiyyəti Namibiyaya verilib. Bu gün tapıntılar ölkənin ən qiymətli tarixi irslərindən biri hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR