İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqondan İrana hava zərbələri ilə bağlı AÇIQLAMA

1003 27.07.2026 09:29 Dünya A A

Pentaqon ABŞ-ın İrana zərbələrinin bu mərhələdə effektivliyinin son həddinə çatdığını etiraf edir.

Musavat.com xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb. Portalın mənbələrinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper "Hörmüz boğazında bombardmanı dayandırmağı tövsiyə edib, çünki onlar effektivliyinin son həddinə çatıb".

Portal qeyd edir ki, Kuperin və ABŞ administrasiyasının bir neçə rəsmisinin tövsiyəsi "Prezident Donald Trampın İrana zərbələri dayandırmaq qərarına təsir göstərib": "Bu, prezidentin həm hərbi, həm də mülki müşavirləri tərəfindən hərbi əməliyyatlar, xüsusən də hava hücumları vasitəsilə əldə edilə biləcək nəticələrin məhdudiyyətlərinin olduğunun etirafı idi".

Axios-a görə, Mərkəzi Komandanlığının rəhbəri "İranda ABŞ tərəfindən təyin olunmuş hədəflərin qalan 20 faizinə zərbələr endirməyə imkan verəcək genişmiqyaslı hərbi əməliyyata qayıtmağı düşünür": "O, genişmiqyaslı hərbi əməliyyatı bərpa etmək qərarı olmadan son iki həftədir davam edən bombardman kampaniyasının davam etdirilməsinin heç bir məna kəsb etmədiyini vurğulayıb".
Mənbələrə görə, Tramp İran və Omanın Hörmüz boğazını açmaq üçün üzərində işlədiyi razılaşmanı qəbul etməsə, "müharibənin yenidən eskalasiyası mümkündür".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR