Rusiya Federasiyasının daxili bölgələri və strateji şəhərləri bu gecə misli görünməmiş kütləvi hava hücumlarına məruz qalıb.
Musavat.com xəbər verir ki, gecə saatlarında Rostov şəhəri güclü zərbələrlə sarsılıb, hücumun əsas hədəfləri isə birbaşa mühüm dəmir yolu və liman infrastrukturu obyektləri olub. İlkin məlumatlara görə, strateji nəqliyyat qovşaqlarında ciddi dağıntılar qeydə alınıb.
Eyni vaxtda Belqorod şəhərində Rusiyanın əsas güc strukturlarının – Federal Təhlükəsizlik Xidməti (FSB) və Daxili İşlər Nazirliyinin (DİN) binaları birbaşa zərbələrə məruz qalıb. Hadisə şahidlərinin sözlərinə görə, güclü partlayış dalğasından sonra binalarda yanğın başlayıb və ətraf rayonlarda elektrik enerjisinin verilməsi tamamilə kəsilib. Dəhşətli pilotsuz uçuş aparatlarının (PUA) hücumları təkcə sərhəd bölgələri ilə məhdudlaşmayıb. Rusiya daxilindəki Taqanroq, Yaroslavl və Penza şəhərlərində də ard-arda güclü partlayış səsləri ucalıb.
Rusiya ordusunun hava hücumundan müdafiə sistemlərinin kütləvi hücumun qarşısını almaqda çətinlik çəkdiyi bildirilir. Hazırda hücuma məruz qalan bütün regionlarda dağıntıların miqyası, strateji obyektlərə dəyən zərər və yaralananlar barədə məlumatlar dəqiqləşdirilir.
İran artıq Rusiyanı “Şahid” dronları və onların istehsalı üçün texnologiya təchiz etməklə Ukraynaya qarşı müharibədə faktiki olaraq iştirak edir. Musavat.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Sky News-a müsahibəsində deyib. Zelenskidən Tehranın təhdidləri nəzərə alınmaqla İranın Ukraynaya birbaşa hücum riskinin olub-olmadığı soruşulub. Prezident hücumun artıq baş verdiyini, sadəcə fərqli bir formada olduğunu bildirib: "Əgər İran müharibənin ilk ilindən Rusiyaya yeni baza veribsə, yeni texnologiya - “Şahid” dronları - ilk ildə minlərlə bu dron təmin edib və sonra istehsal lisenziyalarını veribsə - bu, bizə hücum deyilmi? Məncə, belədir".
Zelenskinin sözlərinə görə, Ukrayna yeni cəbhə açmamağa çalışır və ehtiyatla hərəkət edir, lakin aşkar olanı gizlətməyin mənası yoxdur.
"İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər", - deyə prezident bildirib. O, hər iki ölkənin Rusiya işğalı zamanı Kiyevin xəbərdarlıq və ya təxribatı olmadan Kremlə dronlar, raketlər və 155 mm-lik artilleriya mərmiləri təchiz etdiyini xatırladıb və müharibədə iştirak edən 10.000 Şimali Koreya əsgərindən də bəhs edib. "Biz bu insanlara etibar edə bilmərik", - deyə Zelenski yekunlaşdırıb. Onun sözlərinə görə, indi bu təhdidlərin pisləşməsi ehtimalına hazırlıq da lazımdır.
Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:






