İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Zelenskini Birinci Dünya müharibəsini başladan anarxistlərə bənzətdi

723 27.07.2026 12:27 Dünya A A

Ukrayna ətrafında qlobal geosiyasi gərginliyin pik həddə çatdığı bir vaxtda, Rəsmi Tehran Kiyev rejimini və şəxsən prezident Volodimir Zelenskini hədəf alan görünməmiş sərtlikdə bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai keçirdiyi brifinqdə Ukrayna liderinin siyasi davranışlarını Birinci Dünya Müharibəsi ərəfəsində bütün Avropanı fəlakətə sürükləyən anarxistlərin təhlükəli və teatrallaşdırılmış hərəkətlərinə bənzədib. İrandan gələn bu sərt diplomatik hücum Kiyevin Qərbdən ən yeni hərbi texnologiyaları və dəstəyi aldığı bir dönəmə təsadüf edir.

İran XİN rəsmisi vurğulayıb ki, Ukrayna rejimi hələ dörd il bundan əvvəl öz dövlətini böyük güclər arasındakı geosiyasi çəkişmələrin ucuz bir aləti səviyyəsinə endirib.

Baqai Kiyev rəhbərliyini problemi daxildən həll etmək və Şərqi Avropaya, eləcə də müəyyən mənada bütün dünyaya sırıdığı bu dağıdıcı müharibədən öz ölkəsini xilas etmək əvəzinə, müntəzəm olaraq fərqli dövlətlərə qarşı əsassız ittihamlar irəli sürməkdə və günahı daim başqalarının üzərinə yıxmaqda təqsirləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR