Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, bu müddətdə sözügedən ərazilərdə fasilələrlə yağıntı olacaq.
Sinoptiklərin proqnozuna əsasən, ayrı-ayrı yerlərdə yağıntılar lokal leysan xarakteri daşıyacaq, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Məlumatda həmçinin bildirilib ki, intensiv yağıntılar səbəbindən bəzi dağ çaylarında sululuğun artması da gözlənilir.






