İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiyanın imtinasına cavabımız mühüm obyektləri vurmaqdır"- Zelenski sərt danışdı

811 14.06.2026 13:18 Dünya A A

 Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Mosvanın bu müharibəni bitirməkdən imtina etməsinə cavab olaraq, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə yönəlmiş "uzaqmənzilli sanksiyalar" tətbiq etməyə başladığını bəyan edib.

Musavat.com xəbər verir ki, Ukrayna dövlət başçısı ölkəsinin Rusiya daxilindəki strateji hədəflərə endirdiyi son sarsıdıcı zərbələri rəsmən təsdiqləyib.

Zelenskinin sözlərinə görə, Ukrayna hərbi qüvvələri tərəfindən Rusiyanın Yaroslavl vilayətində yerləşən mühüm neft bazasına və Tula yaxınlığındakı strateji əhəmiyyətli "Azot" zavoduna uğurlu və ağır zərbələr endirilib.

Ukrayna lideri bu növ iqtisadi və hərbi zərbələrin Rusiyanın müharibəni davam etdirmək potensialını iflic etmək məqsədi daşıdığını və gələcəkdə də kəsici formada davam etdiriləcəyini vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR