İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ukrayna şəhərlərinə dəhşətli hücum: Dağıntılar, çoxsaylı ölü və yaralılar var

647 02.06.2026 08:26 Dünya A A

Ötən gecə Rusiya Ukraynaya yeni kombinə edilmiş kütləvi hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, Kiyev, Xarkov, Dnepr, Sumı və Zaporojye şəhərləri dron qrupları, ballistik və qanadlı raketlərin zərbələrinə məruz qalıb.

Kiyevdə yaşayış məntəqələrinə və digər sektorlara ziyan dəyib, nəticədə 4 nəfər ölüb,51 nəfər yaralanıb.

Xarkovda inzibati binalar və yaşayış məntəqələri zədələnib, nəticədə 10 nəfər (o cümlədən bir uşaq) yaralanıb.

Dneprdə bir ev və mənzillər dağılıb, nəticədə 4 nəfər həlak olub,  25-i yaralanıb.

Kiyevdə əsas zərbələr Podolsk, Şevçenkivski, Svyatoşinski, Obolonski, Solomyanski, Qoloseyivski və Darnitski rayonlarında qeydə alınıb.

Bundan əlavə, ballistik raket zərbələrindən sonra Podolsk, Obolonski və Svyatoşinski rayonlarında elektrik kəsintiləri müşahidə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR