İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan qayıdan keçmiş əri ilə barışmayan qadın övladının gözü qarşısında öldürüldü - VİDEO

1070 17.11.2022 10:57 Kriminal A A

Sevgi həmişə xoşbəxtliyə deyil, dəhşətli hadisələrə də səbəb olur. Tovuzda ər keçmiş həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib.

Rusiyadan qayıdan keçmiş ərinin barışıq təklifinə yox deməsi qadının həyatı bahasına başa gəlib.

Hadisə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində baş verib. Bir müddət əvvəl Rusiyadan qayıdan ər keçmiş həyat yoldaşı ilə barışmaq istəyib. Bu zaman aralarında yaranan mübahisə davaya çevrilib.

Nəticədə ər bıçaqla övladının gözü qarşısında keçmiş həyat yoldaşının boğazını kəsib. İki uşaq anası olan Ramilə Rüstəmova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Ətraflı İTV-nin videomaterialında izləyə bilərsiniz:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR