İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada erməni nazir müavini ilə birlikdə həbs olundu

7252 03.08.2023 14:44 Siyasət A A

Rusiyanın Samara vilayətinin səhiyyə naziri Armen Benyan həbs olunub.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin öz Telegram kanalında yaydığı məlumata görə, nazir və onun müavini Aslanbek Mayramukayev fırıldaqçılığa görə həbs ediliblər: “Samara vilayətinin səhiyyə naziri Armen Benyan və onun müavini Aslanbek Mayramukayev vilayətin səhiyyə müəssisələrindəki fırıldaqçılıq üzrə qaldırılmış cinayət işi çərçivəsində həbs olunublar. İstintaqı Samara Daxili İşlər İdarəsi aparır”.

Qeyd edək ki, 1978-ci il doğumlu Armen Sisakoviç Benyan ali dərəcəli həkimdir. 2020-ci ildə Samara vilayətinin səhiyyə naziri təyin olunub. Rusiya mətbuatında bir neçə dəfə onun maliyyə maxinasiyaları barədə materiallar dərc edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR