Ağcabədi rayon sakini Rusiya–Ukrayna müharibəsində itkin düşüb.
Musavat.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Yusif Hacıyevdən ailəsi aylardır xəbər ala bilmir. Yaxınlarının verdiyi məlumata görə, o, Rusiya ordusunun tərkibində Kupyansk istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Ailəsi iddia edir ki, Yusif Hacıyev aldadılaraq müharibəyə aparılıb. Qohumlarının sözlərinə görə, o, heç bir xarici dil bilmirmiş və hara aparıldığından, eləcə də hansı şəraitə düşdüyündən tam məlumatlı olmayıb.
Hazırda ailəsi onun taleyindən xəbərsizdir. Yaxınları müvafiq qurumlardan məsələyə aydınlıq gətirilməsini və Yusif Hacıyevin aqibəti ilə bağlı məlumat verilməsini xahiş edirlər.
Şahanə Rəhimli
Musavat.com






