İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi addım: "Volkswagen"də hər şey dəyişir

490 15.07.2026 03:04 Dünya A A

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" böhran fonunda genişmiqyaslı restrukturizasiya planını davam etdirir.

Musavat.com xəbər verir ki, şirkət model sırasını iki dəfə azaltmağı, komplektasiya sayını 75 faiz ixtisar etməyi və istehsal gücünü illik 9 milyon avtomobil səviyyəsinə uyğunlaşdırmağı planlaşdırır.

Bununla yanaşı, dünya üzrə 100 minə qədər əməkdaşın ixtisarı da gündəmdədir.

"Volkswagen"in baş direktoru Oliver Blume bildirib ki, konsern Almaniyadakı dörd zavodun bağlanmasının qarşısını almağa çalışır.

Onun sözlərinə görə, xərclərin azaldılması istiqamətində görülən tədbirlər artıq avtomobillərin maya dəyərini 20 faiz aşağı salmağa imkan verib. Yeni elektrik avtomobilləri xəttinin satışları isə ilk həftələrdə 50 min ədədi ötüb.

Blume vurğulayıb ki, zavodların bağlanmasından daha məntiqli və səmərəli həll yolları mövcuddur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR