İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya Fransanı yıxdı, Parisdə üsyan başlayır - Video

373 15.07.2026 02:51 Dünya A A

İspaniyanın qələbəsi Fransa paytaxtında təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə çatdırılmasına səbəb olub.

Musavat.com xəbər verir ki, DÇ-2026-nın yarımfinalında Fransa millisinin İspaniyaya 0:2 hesabı ilə məğlub olmasından sonra Parisdə mümkün iğtişaşların qarşısını almaq üçün polis gücləndirilmiş iş rejiminə keçib.

Məlumata görə, paytaxtın ən məşhur prospektlərindən olan "Yelisey çöllər"i bağlanıb. "İzvestiya"nın Parisdəki müxbiri Marqarita Kostivin bildirdiyinə görə, şəhər polisi futbol azarkeşlərinin mümkün kütləvi iğtişaşlarına qarşı tam hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, iyulun 15-də ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçirilən DÇ-2026-nın yarımfinal görüşündə İspaniya millisi Fransa yığmasını 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR