İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Netanyahuya ultimatum kimi: ordularını buralardan çıxart

499 15.07.2026 04:29 Dünya A A

ABŞ prezidenti Donald Trampın İsrailin Suriya və Livandakı hərbi mövcudluğu ilə bağlı Benyamin Netanyahuya etdiyi çağırış beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib.

Musavat.com xəbər verir ki, Axios-un ABŞ və İsrail rəsmilərinə istinadən yaydığı məlumata görə, bu məsələ iki lider arasında telefon danışığında müzakirə olunub.

Məlumata əsasən, Tramp Netanyahuya İsrail qoşunlarının Suriyadan çıxarılması istiqamətində yenidən yerləşdirilməsinə başlamağı tövsiyə edib və eyni addımın Livanda da atılmasına çağırıb.

Netanyahu isə cavabında İsrailin təhlükəsizlik siyasətini müdafiə edərək bildirib ki, ölkə sərhədləri yaxınlığında artıq terrorçu ordular yoxdur.

"Biz Qəzza zolağının ətrafında və daxilində, Livan ətrafında və daxilində, həmçinin Colan təpələri ətrafında və Suriya ərazisində təhlükəsizlik zonaları yaratmışıq", – deyə İsrailin baş naziri vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR