İnsanlara hürriyət, millətlərə istiqlal!

Mundial paraqvaylı Bobadillanın qiymətini qaldırıb

372 14.07.2026 23:23 İdman A A

Sankt-Peterburqun “Zenit” futbol klubu “San Paulo” və Paraqvay milli komandasının yarımmüdafiəçisi Damião Bobadilla ilə maraqlanır və transfer təklifi hazırlayır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Sankt-Peterburq klubu 24 yaşlı futbolçu üçün təxminən 10 milyon avro ödəməyə hazırdır. Lakin Braziliya tərəfi ən azı 20 milyon avro tələb edir. “San Paulo” klubu hesab edir ki, 2026-cı il dünya çempionatında Paraqvay millisinin heyətində parlaq oyun göstərən Bobadillanın qiymətini artıb.

“Zenit”dən əlavə, Almaniyanın "Ayntraxt Frankfurt" və İngiltərənin "Kristal Palas" klubları da bu oyunçu ilə maraqlanır. Yarımmüdafiəçinin müqaviləsində 60 milyon avroluq sərbəst qalma bəndi var.

Sankt-Peterburq klubundan bildirilib ki, bir ildən çoxdur ki, Bobadillanı izləyir. O, müdafiəyə meylli yarımmüdafiəçisi kimi oynayır və Paraqvay millisinin heyətində doqquz oyun keçirib. Bobabdilla 2026-cı il mundialında dörd oyunda iştirak edib və qol vurmayıb.

Qeyd edək ki, Paraqvay futbolçuları cari mundialda həm əzmkarlıqları, kobudluqları həm də idmançıya yaraşmayan hərəkətləri ilə fərqləniblər. Komandanın hücumçusu Almiron əlini ağzına tutaraq Türkiyə millsinin oyunçusuna həqarət etdiyinə görə qırmızı vərəqə alıb. Fransa ilə oyunda isə digər paraqvaylı oyunçular Mbappeni açıq şəkildə təhqir edir, onun sərt reakasiya göstərərək qırmızı kart almasına ümid bəsləyirdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR