İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yayda Ukraynaya qarşı yeni genişmiqyaslı hücuma hazırlaşır

368 08.02.2026 20:26 Dünya A A

Rusiya ordusu Ukraynaya qarşı növbəti genişmiqyaslı hücum üçün hazırlıq mərhələsini sürətləndirir.

Musavat.com xəbər verir ki, Kremlin planına əsasən, əməliyyatın yay aylarında Ukraynanın cənub və şərq istiqamətlərində başlanması nəzərdə tutulur.

Məlumata görə, Rusiya qüvvələri xüsusilə Slavyansk–Kramatorsk və Orixov–Zaporojye istiqamətlərində hücum əməliyyatları üçün əlverişli şərait yaratmağa çalışır. Bu bölgələrdə irəliləyiş əldə etmək məqsədilə canlı qüvvə və texnika cəmləşdirilir.

Qeyd olunur ki, Rusiya 2025-ci ilin iyul ayından etibarən mümkün hücumu dəstəkləmək üçün çağırışçılar hesabına strateji ehtiyat formalaşdırır. Bununla yanaşı, Moskva Ukraynada verdiyi itkiləri kompensasiya etməyə çalışır və mövcud döyüş əməliyyatlarını davam etdirmək üçün operativ ehtiyatları birbaşa cəbhəyə göndərmək məcburiyyətində qalır.

Təhlillərə görə, bu durum Rusiya ordusunun həm uzunmüddətli hücum planları qurduğunu, həm də hazırkı cəbhə xəttində resurs çatışmazlığı yaşadığını göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR