İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN yenə Azərbaycan və Ermənistanın adından danışdı - Onlar hələ sülhə hazır deyillər

780 09.08.2023 13:57 Siyasət A A

Bakı və İrəvanın tezliklə sülhə nail olmaqla bağlı hələ siqnallar tərəflərin istənilən şərtlərlə razılaşmağa hazır olduğunu göstərmir. Hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmalıyıq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici işlər nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib.

Zaytsev Rusiya Xarici işlər nazirliyinin digər nümayəndəsi Denis Qonçarın Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı dedikləri barədə fikir bildirib. O, Qonçarın həmin vaxt “prosesi sürətləndirməyə ehtiyac olmadığını” nəzərdə tutduğunu vurğulayıb.

“Yüksək keyfiyyətli, etibarlı razılaşmalar əldə etmək üçün proses mümkün qədər uzun sürməlidir. Prosesi sürətləndirmə kimlərəsə faydalı ola bilər, amma məsələ bundan sonra bunun necə həyata keçirilməsidir. Mən başa düşdüyümə görə, o, çıxışında məhz bunu vurğulayıb”, - deyə Aleksey Zaytsev vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR