İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya uranına alternativ tapıldı

1443 11.02.2024 22:48 Dünya A A

Səhmdarları Böyük Britaniya və Hollandiya hökumətləri, həmçinin Almaniyanın E.ON və RWE şirkətləri olan “Urenco” konsorsiumu ABŞ bazarına zənginləşdirilmiş uran tədarükçüsü kimi “Rosatom”u əvəz etməyə hazırdır.

Musavat.com xəbər verir ki, “Urenco”nun baş icraçı direktoru Boris Şuxt bu barədə Financial Times-a müsahibəsində bildirib.

Qəzet yazır ki, Amerika enerji sənayesi şirkətlərinin hesablamalarına görə, Rusiyadan zənginləşdirilmiş uranın ABŞ-a idxalına qadağa 2024-cü ildən etibarən qüvvəyə minə bilər.

Onun tətbiqi, Şuxta görə, Qərb ölkələrinə yeni təchizat zəncirlərinin qurulması prosesini intensivləşdirməyə imkan verəcək.

Onun sözlərinə görə, Rusiyaya qarşı iqtisadi sanksiyalar səbəbindən “Urenco” məhsullarına tələbat artır.

Əvvəlki 12 aylıq dövrdəki 12 milyard dollara qarşı şirkət ötən il ərzində 14 milyard dollarlıq sifariş alıb: "Bazar daha çox müstəqilliyə və təbii ki, siyasi kursun aydınlığına can atır. Ona görə də ABŞ-da təklif olunan qanun layihəsi faydalı olacaq".

Urenco rəhbəri əlavə edib ki, konsorsium Böyük Britaniya və ABŞ hökumətləri ilə hazırda yalnız Rusiya tərəfindən dünya bazarına çıxarılan yüksək keyfiyyətli aşağı zənginləşdirilmiş uran yanacağı (HALEU) istehsal edə biləcək müəssisələrə investisiyalar barədə danışıqlar aparır.

Konserni Qərbdə HALEU-nun kommersiya istehsalına yanaşmalar hazırlamaq üçün Britaniya hökumətindən artıq 9,5 milyon funt sterlinq (12 milyon dollar) alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR