İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya atəşkəs təklif etdi

1945 05.07.2026 02:57 Dünya A A

Rusiya Ukraynanın Konstantinovka şəhərində atəşi dayandırmağı təklif edib.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Konstantinovkada həlak olmuş ukraynalı hərbi qulluqçuların meyitlərinin təhvil verilməsi üzrə humanitar aksiya keçirməyə hazırdır", - məlumatda bildirilib.

Vurğulanıb ki, Rusiya iyulun 6-da Moskva vaxtı ilə saat 12:00-dan 18:00-dək (Bakı vaxtı ilə 13:00-19:00) Ukraynanın Konstantinovka şəhərində atəşi dayandırmağı təklif edir.

Qeyd edək ki, daha öncə rus ordusunun Donetsk vilayətinin Konstantinovka şəhərini tamamən nəzarətə götürdüyü xəbəri yayılıb. Ukrayna isə bu məlumatı təkzib edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR