İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan zərbələrdən sonra İLK açıqlama: "Vəziyyət daha ağır olacaq"

1040 09.07.2026 01:43 Dünya A A

ABŞ Prezidenti Donald Tramp İrana qarşı endirilən son hərbi zərbələrlə bağlı rəsmi açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp bəyan edib ki, bu hərbi əməliyyatlar İranın Hörmüz boğazında kommersiya gəmilərinə qarşı törətdiyi təxribatlara birbaşa və adekvat cavabdır. ABŞ lideri vurğulayıb: “Bu, İrana qarşı həyata keçirilən hücumlara cavabdır. İran dünən gəmilərə hücum etdi. Əgər bu təkrarlanarsa, vəziyyət daha da ağır olacaq”.

Prezidentin bu açıqlaması Vaşinqtonun Tehranın hərbi təhdidlərinə qarşı güzəştə getməyəcəyini və hərbi cavab tədbirlərinin davam edəcəyini nümayiş etdirir. Hazırda regionda gərginlik pik həddə çatıb və tərəflər arasında hərbi ritorika ilə yanaşı, real döyüş əməliyyatları da intensivləşib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR