İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağlasığmaz faciə: pilot təyyarədən özünü atdı, 22 yaşlı kursant isə...

1969 09.07.2026 01:58 Dünya A A

Argentinada təlim uçuşu zamanı baş verən hadisə ölkədə böyük səs-küyə səbəb olub. Musavat.com xəbər verir ki, təyyarədə tək qalan 22 yaşlı kursant soyuqqanlı davranaraq hava gəmisini uğurla yerə endirib.

Argentinada 42 yaşlı təlimatçı Leandro Bertazzo adi təlim uçuşu zamanı idarə etdiyi Cessna C-150 təyyarəsindən özünü ataraq həyatına son qoyub.

Hadisədən əvvəl o, kursantına "Nə edəcəyini bilirsən. Davam et" deyib. Daha sonra qulaqlığını çıxarıb, təhlükəsizlik kəmərini açıb, qapını açaraq təyyarədən tullanıb.

Kabinədə tək qalan Flying Parrot Córdoba aviasiya məktəbinin 22 yaşlı kursantı panikaya düşməyib. O, dispetçerlərlə əlaqə saxlayaraq onların göstərişləri ilə təyyarəni aerodroma uğurla endirib.

Pilot məktəbinin direktoru gənc kursantın hərəkətlərini "ideal və yetkin davranış" kimi qiymətləndirib.

Leandro Bertazzonun meyiti daha sonra tarlada tapılıb. Sonradan məlum olub ki, o, həmkarlarının belə xəbərsiz olduğu neyropsixiatrik müalicə alırmış.

Hadisə ilə bağlı Argentina hakimiyyəti genişmiqyaslı araşdırmaya başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR