İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Türkiyə NATO-dakı bir çox müttəfiqini qabaqlayır VİDEO

431 08.07.2026 23:54 Dünya A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müdafiə xərcləri, hərbi potensialı və müdafiə sənayesi baxımından NATO-dakı bir çox müttəfiqini qabaqladığını bildirib.

Musavat.com xəbər verir ki, Ərdoğan Ankarada keçirilən NATO sammitindən sonra çıxışında bildirib ki, Türkiyə Avropadakı müttəfiqləri kimi "sülh dividendlərindən" yararlana bilməyib. Onun sözlərinə görə, ölkə uzun illər regiondakı münaqişələrlə üz-üzə qalıb və bir çox hallarda təhlükəsizliyini təkbaşına təmin etməli olub.

Türkiyə lideri qeyd edib ki, hazırda ölkə NATO-nun ikinci ən böyük quru ordusuna malikdir və Alyansın cənub-şərq cinahının təhlükəsizliyində mühüm rol oynayır. O, avqustdan etibarən Türkiyənin F-16 qırıcılarının NATO-nun hava patrulu missiyası çərçivəsində Estoniyada xidmətə başlayacağını, həmçinin ölkəsinin Kosovodakı KFOR missiyasına 2026-cı ilin sentyabrınadək rəhbərlik edəcəyini bildirib.

Ərdoğan çıxışında ABŞ Prezidenti Donald Trampa da təşəkkür edib. Onun sözlərinə görə, Tramp Ankaranın NATO sammitinə ev sahibliyinin tədbirdə iştirak qərarında mühüm rol oynadığını və şəxsi dostluqlarını xüsusi vurğulayıb.

Türkiyə Prezidenti əlavə edib ki, ölkəsi öz döyüş təyyarələrini, tanklarını, gəmilərini və hava hücumundan müdafiə sistemlərini istehsal edən azsaylı NATO üzvlərindən biridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR