İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın hədiyyə etdiyi silah Britaniya Baş nazirinə problem yaratdı

1918 08.07.2026 23:30 Dünya A A

Ankarada keçirilən NATO sammitində maraqlı bir hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitə gələn liderlərin hər birinə üzərində adları yazılmış xüsusi tapançalar və bir qutu güllə hədiyyə edib.

"Financial Times" nəşrinin yazdığına görə, bu fərqli hədiyyə Böyük Britaniyanın Baş naziri Kir Starmer üçün gözlənilməz problem yaradıb. Britaniya qanunlarına görə, ölkəyə kənardan odlu silah gətirmək qəti qadağandır.

Ərdoğan silahın Türkiyədən rahat çıxarılması üçün xüsusi icazə sənədi versə də, bu sənəd Britaniya qanunlarını keçməyə kömək etməyib.

Bu səbəbdən Baş nazir Starmer hədiyyəni olduğu kimi öz ölkəsinə apara bilməyib.

Problemi həll etmək üçün tapança İngiltərəyə gətirilməzdən əvvəl xüsusi ustalar tərəfindən tamamilə dəyişdirilib və atəş açmaq qabiliyyəti sıradan çıxarılaraq sadəcə bir xatirə suvenirinə çevriləcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR