ABŞ Prezidenti Donald Tramp Türkiyədə keçirilən NATO sammitinin yekunları ilə bağlı açıqlama verərək, ev sahibi ölkənin rəhbərliyinə yüksək qiymət verib.
"Biz burada, Türkiyədə çox uğurlu bir NATO sammitini başa çatdırdıq. Prezident Ərdoğana təşəkkür etmək istəyirəm. O, doğrudan da böyük insandır. O, böyük liderdir", — deyə ABŞ lideri bildirib.
Türkiyə Prezidentinin güclü idarəçiliyinə diqqət çəkən Tramp əlavə edib:
"O, güclü insandır. Məhz buna görə də o, belə böyük bir ölkəni idarə edir".
Tramp eyni zamanda sammitin təşkili və göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə edərək deyib:
"Aeroportlar gözəl idi. Onlar bizim gəlişimiz üçün yeni terminal tikiblər. Hər şey mükəmməl idi".
Musavat.com






