İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada güclü sel poçt binasını apardı – VİDEO

1257 08.07.2026 22:00 Hadisə A A

Zaqatala rayonunda yağan intensiv yağışlar bir sıra ciddi fəsadlara səbəb olub.

Musavat.com xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 7-si axşam saatlarından başlayan güclü yağış iyulun 8-nə keçən gecə daha da intensivləşib. Leysan yağışları nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.

Selin ən ağır fəsadlarından biri isə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala 1 saylı poçt binasını aparıb.

Musavat.com hadisə yerindən görüntüləri təqdim edir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR