İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hücumu başlanandan Ukraynaya edilən yardımların həcmi açıqlanıb

605 09.02.2024 22:19 Dünya A A

Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna Şimali Amerika, Avropa və Asiya ölkələrindən 178 milyard dollardan çox yardım alıb.

Müharibənin Tədqiqi İnstitutunun hesablamalarına görə, Avropa İttifaqı və ona üzv ölkələr Ukraynaya 148,5 milyard dollar (138 milyard avro) yardım edib. Bu məbləğə həmçinin bu yaxınlarda elan edilmiş 50 milyard avroluq dəstək paketi də daxildir.

Böyük Britaniya 2022-ci ilin fevral ayından etibarən Ukraynaya ümumi dəstək üçün 15,1 milyard dollar vəd edib ki, bunun 9 milyard dolları hərbi yardım üçün nəzərdə tutulub.

Norveç bu yaxınlarda Ukrayna ilə 2023-2027-ci illər arasında Ukraynaya 7 milyard dollarlıq dəstək proqramı üzrə çoxillik razılaşma əldə edib.

Bu ölkə Kiyevə ildə təxminən 1,4 milyard dollar verməyi öhdəsinə götürüb və artıq 2022-ci ildə təxminən bir milyard dollar, 2023-cü ildə isə təxminən 1,9 milyard dollar ayırıb.

Türkiyənin yardımı aparıcı dron istehsalçısı Baykar ilə əməkdaşlıq formasında gəlir. 2023-cü ilin sentyabrında “Bayraktar TB2” pilotsuz uçan aparatlarına xidmət göstərmək üçün yeni İHA istehsalat obyektinin və xidmət mərkəzinin açılışını elan edilib. Zavod və xidmət mərkəzi 2025-ci ilin əvvəlində fəaliyyətə başlayacaq.

Şimali Makedoniya 2023-cü ilin noyabrına qədər Sovet dövründən qalma hərbi texnika da daxil olmaqla, Ukraynaya 10 hərbi yardım göndərib. Ölkə həmçinin Ukrayna hərbçilərindən ibarət qruplar hazırlayır və Ukraynaya dəstəyi davam etdirəcəyini öhdəsinə götürüb.

Şimali Amerikadan kömək

Genişmiqyaslı müharibə başlayandan bəri Kanada Ukraynaya hərbi yardım üçün 1,8 milyard dollar ayırıb. Bundan əlavə, Kanada ordusu 2015-ci ildən bəri təqribən 40.000 Ukrayna hərbçi və təhlükəsizlik işçisinə təlim keçib və Kanada bu proqramı 2026-cı ilin martına qədər genişləndirib.

Asiya ölkələrindən kömək

Cənubi Koreya Ukrayna üçün çox vacib olan 155 mm-lik artilleriya mərmilərinin istehsalını genişləndirir. Onlar Qərb ehtiyatlarını artırmaq və Ukraynaya davamlı sursatın tədarükünü dəstəkləmək üçün lazımdır.

Eyni zamanda Yaponiya ötən ilin dekabrında Ukraynaya 4,5 milyard dollar ayıracağını, həmçinin 2024-cü ilin yanvarında Ukraynanın müdafiəsinə əlavə dəstək vermək üçün NATO fonduna 37 milyon dollar əlavə töhfə verəcəyini vəd edib.

Avstraliya və Yeni Zelandiyadan kömək

Avstraliya 2023-cü ilin oktyabr ayının sonuna qədər Ukraynaya hərbi və humanitar yardım üçün təxminən 590 milyon dollar ayırıb.

Yeni Zelandiya isə Ukraynaya 48,7 milyon dollardan çox hərbi və humanitar yardım köçürüb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR