Rusiyanın Novosibirsk vilayətində məhkəmə icraçıları üç gün ərzində ölkəyə giriş və ya qalma qaydalarını pozan 97 əcnəbini deportasiya edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, onların arasında Özbəkistan (41), Tacikistan (29), Qırğızıstan (16), Azərbaycan (7) və Qazaxıstan (4) vətəndaşı var. Qanuna görə, onlar beş il ərzində Rusiyaya qayıda bilməyəcəklər.
Rusiya postsovet ölkələrinin suverenliyi və müstəqilliyi ilə heç cür barışa bilmir. Bunu şimaldan gələn və səngimək bilməyən hədələr bir daha sübut edir. Özü də Ukraynaya hərbi təcavüz fonunda bu cür təhdid və şantaj siyasəti getdikcə daha qabarıq və həyasız forma almaqdadır. Bu dəfə Kremlin “danışmanları”ndan olan avrasiyaçı politoloq, bədnam Aleksandr Duqin fərqlənib.
Artıq xəbər verdiyimiz kimi, Duqin postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın suverenliyinə açıq şəkildə qarşı çıxaraq deyib ki, “Moskva Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır”.
Xatırladaq ki, ötən həftə Kremlin başqa bir təbliğat ruporu, telejurnalist Vladimir Solovyov faktiki, eyni imperiya tezislərindən çıxış edərək, adı çəkilən ölkələri “xüsusi hərbi əməliyyatla” hədələmişdi. Rusiya XİN sözçüsü Mariya Zaxatova qalmaqalı yumşaltmağa çalışsa da, üstündən iki gün keçməmiş Kremlin başqa bir köpəyi növbəti sayıqlaması ilə gündəmə gəlib. Deməli, söhbət əsla təsadüfdən yox, Kremlin məqsədyönlü təxribat və şantaj kampaniyasından gedir. Çünki bu adamlar heç vaxt öz sözlərini demirlər.
Bəs bu təxribata rəsmi Bakının cavabı olacaqmı, olmalıdırmı? Son vaxtlar Rusiyadan belə hədələrin artması nə ilə bağlıdır? Səfir XİN-ə çağırıla bilərmi?
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız eks maliyyə naziri Fikrət Yusifovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






